Finlandiyada atom elektrik stansiyasının təmiri səbəbindən elektrik enerjisinin qiymətinin artması gözlənilir. 9 sentyabrda "Olkiuluoto" AES-də reaktor generatorunda yüksək rütubət aşkarlanıb, bu səbəbdən stansiyanın fəaliyyəti üç həftə dayandırılıb.
Fins.az xəbər verir ki, analitiklər fin enerji bazarında həftənin sonunda yüksək və proqnozlaşdırılması çətin qiymətlərin müşahidə oluna biləcəyini bildirirlər. Avqustun sonunda Estoniyada elektrik enerjisinin birja qiymətləri Finlandiya tarifindən 65 dəfə yüksək idi.