DÜNYA

11 Sentyabr

Fitch Ratings qlobal iqtisadiyyatın artım proqnozunu yüksəldib

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings", qlobal iqtisadiyyat üçün 2024-cü il artım proqnozunu 2,6 faizdən 2,7 faizə qaldırıb. Bu artım proqnozu "ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar ekspansiya dövrü başlayır" başlığı altında dərc edilmiş “Qlobal İqtisadi Perspektivlər Hesabatı”nda təqdim olunub.

Hesabatda qeyd olunur ki, bu il dünya iqtisadiyyatının tarixi tendensiyaya uyğun olaraq 2,7 faiz artacağı gözlənilir.

Fins.az xəbər verir ki, bu göstərici iyun ayında verilən proqnozdan 0,1 bənd yüksəkdir. ABŞ, Böyük Britaniya, Braziliya və Rusiya üçün artım proqnozları da müsbət yöndə yenidən nəzərdən keçirilib.

Bununla yanaşı, ABŞ-da artım tempinin azalması səbəbindən qlobal iqtisadi artımın 2025-ci ildə 2,5 faizə, 2026-cı ildə isə 2,4 faizə enməsi ehtimal olunur.