DÜNYA

10 Sentyabr

Tədqiqatçılar bütöv göz və sol üz transplantasiyasını araşdırıb

ABŞ-ın Nyu-York Universitetinin tədqiqatçıları, keçən il tam göz və sol üz transplantasiyası keçirmiş Aaron Ceymsin əməliyyatdan sonrakı vəziyyətini öyrəniblər.

Fins.az xəbər verir ki, tədqiqatçılar, Ceymsin sağalma prosesində "ciddi irəliləyiş" müşahidə etdiklərini və transplantasiya edilən gözün normal qan axını saxladığını, ölçüsünü qoruduğunu bildiriblər.

Eyni zamanda, transplantasiya edilmiş gözün işığa az da olsa reaksiya verdiyini, lakin xəstənin göz səthinin hələ də uyuşduğunu və göz qapaqlarının açılmadığını qeyd ediblər. Onlar, görmə qabiliyyətinin zamanla bərpa olunacağına ümid etdiklərini bildiriblər.

47 yaşlı Ceyms, normal həyatına qayıtdığını, artıq bərk qidalar və qoxuları qəbul edə bildiyini ifadə edib. Tədqiqatçı Vaidehi Dedania, bu transplantasiyanın nəticələrinin müsbət olduğunu və gələcək araşdırmalara və transplantasiyalara ümid ola biləcəyini vurğulayıb.

Ceyms, 2021-ci ildə iş yerində baş verən qəza nəticəsində 7200 volt elektrik cərəyanı vuraraq üzünün bir hissəsini və gözünü itirmişdi.

 

Zemfira Ms
Fins.az