DÜNYA

10 Sentyabr

Rusiya, Ukrayna hesabına ərazisini genişlədir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rus ordusunun avqustun əvvəlindən Ukraynada təxminən 1000 kvadrat kilometr ərazini ələ keçirdiyini bildirib. 

Cənab Şoyqu bu barədə Rusiyanın “Rossiya-24” telekanalına müsahibə verib.

Ukrayna ordusunun avqustun əvvəlində Rusiya ərazisinin Kursk bölgəsinə daxil olduğunu xatırladan Şoyqu deyib: “Ukrayna çalışdı ki, bizi Donbass problemindən yayındırsın və biz əsgərlərimizi Kurska göndərək."

Şoyqu Rusiya ordusunun Ukraynada cəbhə boyu irəlilədiyini bildirib: "Onlar (Ukraynalılar) hər gün 28 kvadrat kilometr ərazi və 2 min əsgər itirirlər."

Zemfira Ms
Fins.az