Fins.az xəbər verir ki, Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün çərşənbə axşamı, sentyabrın 10-da Moskva vilayətinin üç hava limanında - Vnukovo, Domodedovo və Jukovskidə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, Vnukovo və Domodedovo Moskva vaxtı ilə saat 01:17-dən, Jukovski - Moskva vaxtı ilə saat 01:46-dan etibarən müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.
“Təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür”, - deyə məlumatda əlavə edilib.
Bundan əlavə, Federal Hava Nəqliyyatı Agentliyi Kazan hava limanının işinin də məhdud olduğunu bildirib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün sentyabrın 10-da Moskva vaxtı ilə saat 07:00-dan etibarən Kazan hava limanının fəaliyyətinə də müvəqqəti məhdudiyyətlər qoyulub”, - deyə məlumatda bildirilir.
Kaira Agayeva
Fins.az