Amerikalı kino və dublyaj aktyoru Ceyms Erl Cons 93 yaşında Nyu-Yorkun Dutchess şəhərindəki evində vəfat edib. O, ən böyük şöhrətini "Ulduz Döyüşləri" film seriyasında Darth Vaderi səsləndirməklə qazanıb.
Fins.az xəbər verir ki, Ceyms Erl Cons 1931-ci il yanvarın 17-də anadan olub və aktyorluq karyerasına 1963-cü ildə Stenli Kubrikin "Dr. Strangelove" filmi ilə başlayıb. O, "Barbar Conan", "Coming to America", "Field of Dreams", "The Hunt for Red October" və "Patriot Games" filmlərində də rol alıb. "The Lion King" cizgi filmində Mufasa obrazını səsləndirib, 2019-cu ildə filmin remeykində də eyni obrazı canlandırıb.
Ceyms Erl Cons 2011-ci ildə kinoya verdiyi töhfəyə görə Oskar mükafatına layiq görülüb. O, həmçinin Qızıl Qlobus və iki dəfə Emmi Mükafatı qazanmış aktyordur.
Kaira Agayeva
Fins.az