DÜNYA

10 Sentyabr

Macarıstan pulunu Ukraynaya verməyəcək

Macarıstanın xarici işlər naziri Peter Siyartonun sözlərinə görə, ölkə hökuməti Afrika dövləti olan Çadın müdafiə potensialının inkişafı üçün Avropa İttifaqı tərəfindən 14 milyard vəsaitin ayrılması təşəbbüsü ilə çıxış edib.

Fins.az xəbər verir ki, təklif sentyabrın 26-da blok ölkələrinin daimi nümayəndələrinin şurasında müzakirə olunacaq. Budapeşt xahişinin müsbət həllinə ümid edir.

Siyarto bildirib ki, Çad prezidenti Mahamat Debinin başçılıq etdiyi nümayəndə heyətinin iki günlük səfəri zamanı ölkələr arasında qeyri-qanuni miqrasiya ilə mübarizə, müdafiə və kənd təsərrüfatı məsələləri də daxil olmaqla bir sıra sazişlər imzalanıb.

Xarici işlər naziri Macarıstanın Ndjamenadakı diplomatik nümayəndəliyini səfirliyə çevirmək planlarını da açıqlayıb. Onun sözlərinə görə, bu, iqtisadi, təhsil və hərbi əməkdaşlığın ən səmərəli şəkildə inkişafına kömək edəcək.

Kaira Agayeva 

Fins.az