Sentyabrın 9-da axşam saatlarında “Stokholm Arlanda” Beynəlxalq Hava Limanı fəaliyyətini 2 saatdan çox müddətə dayandırıb.
Fins.az xəbər verir ki, buna səbəb idarəetmə qülləsindən görünən müxtəlif ölçülü dörd pilotsuz uçuş aparatı olub.
Polis mümkün təxribat cəhdini araşdırır. “Biz vəziyyəti araşdırırıq və məlumat toplamağa davam edirik. Hazırda heç kim saxlanılmayıb. Bunun qəsdən törədildiyindən şübhələnirik”, - deyə Stokholm polisi bildirib.
Oxşar hadisə ötən gün Uppsalada mühafizə olunan obyektlərin yaxınlığında da qeydə alınıb.
Kaira Agayeva
Fins.az