Uels şahzadəsi kimyaterapiya kursunu uğurla başa vurduğunu bildirib. "Yay sona yaxınlaşır və kimyaterapiyanı bitirmək nə qədər rahatladıcıdır, bunu sözlə ifadə edə bilmərəm," - o, X sosial şəbəkəsində videomüraciətində deyib. Şahzadənin həyat yoldaşı əlavə edib ki, "Şəfa yolum uzun olsa da, məqsədim xərçəngdən tam azad olmaqdır."
Şahzadə bu ilin yanvar ayında qarın boşluğundan əməliyyat olunmuş və mart ayında xərçəng diaqnozu qoyulmuşdu. Profilaktik kimyaterapiya kursu isə ona müalicə məqsədilə təklif edilmişdi.
Kaira Agayeva
Fins.az