ABŞ, 2023-cü ilin iyulundan 2024-cü ilin aprelinə qədər Kiyevə beş dəfə kasetli sursat tədarükünə icazə verib.
Fins.az xəbər verir ki, bu məlumat “Cluster Munition Monitor” koalisiyasının illik hesabatında yer alıb.
Hesabata görə, 2023-cü ildə kasetli sursatlar səbəbindən dünyada 219 nəfər ölüb və ya yaralanıb. Ekspertlər bildiriblər ki, qurbanların sayı əvvəlki illə müqayisədə azalsa da, faktiki rəqəmlərin daha yüksək olduğu ehtimal edilir.
2023-cü ildə Ukrayna münaqişəsində 50-dən çox kasetli sursat hücumu qeydə alınıb. Azərbaycan, İraq, Yəmən, Laos, Livan, Mavritaniya, Myanma və Suriyada da kaset sursatlarının yeni qurbanları barədə məlumatlar daxil olub.
Kaira Agayeva
Fins.az