DÜNYA

09 Sentyabr

İran və Rusiya arasında strateji sənəd imzalanacaq

İran və Rusiya arasında strateji əməkdaşlığa dair sənədin imzalanması artıq son mərhələdədir.

Fins.az xəbər verir ki, son illər İran və Rusiya arasında regional və beynəlxalq proseslər nəzərə alınmaqla münasibətləri inkişaf etdirmək məqsədi ilə sənədin həlli hər iki tərəfin gündəliyində xüsusi yer tutub.

“Gündəlikdə bu sənədin iki ölkə prezidentləri tərəfindən imzalanması var. İmzalanandan sonra sənəd İran parlamentində ratifikasiya olunaraq həyata keçiriləcək”, - o qeyd edib.

Kənani əlavə edib ki, İranın fikrincə, bu sənəd bütün sahələrdə, o cümlədən ticarət sahəsində ikitərəfli münasibətlərin inkişafı üçün lazımi hüquqi bazanı ehtiva edəcək.

Kaira Agayeva 

Fins.az