Fins.az xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar, “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2025-ci ildə istifadəyə veriləcəyini bildirib.
Nazirin dediyinə görə, stansiyanın dörd enerji bloku 2028-ci ilə qədər tam fəaliyyətə keçəcək və AES Türkiyənin elektrik enerjisi tələbatının 10%-ini qarşılayacaq. “Akkuyu” AES, istehsal edəcəyi təmiz və karbonsuz enerji ilə karbon emissiyalarını 30 milyon ton azaltacaq.
“Akkuyu” Türkiyənin ilk AES layihəsidir və Rusiya ilə Türkiyə arasında 2010-cu ildə imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir.
Kaira Agayeva
Fins.az