DÜNYA

09 Sentyabr

Mask 2027-ci ilə qədər ilk trilyonçu ola bilər

Ən zəngin insanların maliyyə vəziyyətini izləyən "Informa Connect Academy"nin analitiklərinin fikrincə, milyarder İlon Mask dünyanın ilk trilyonçusu ola bilər. Sahibkarın 2027-ci ilə qədər bu məbləği qazana biləcəyi güman edilir.

Fins.az xəbər verir ki," Informa Connect Academy" hesabatında bu, son illərdə cənab Maskın sərvətinin ildə orta hesabla 110% artmasına əsaslanır. Amerikalı iş adamı planetin ən zəngin adamıdır. Bloomberg onun sərvətini 237 milyard dollar, Forbes 241,8 milyard dollar qiymətləndirir.

Analitiklər hesab edirlər ki, hindistanlı iş adamı Qautam Adani ikinci trilyonçu ola bilər. Onun bu məbləği 2028-ci ilə qədər qazanacağı gözlənilir. Bunun üçün onun sərvətinin artım tempi ildə 123% olmalıdır.

Trilyonçu olmağa növbəti namizəd Nvidia lava Jensen Huang hesab olunur.

Kaira Agayeva 

Fins.az