Fins.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin KXDR lideri Kim Çen İna respublikanın yaranmasının 76-cı ildönümünün qeyd olunması ilə əlaqədar təbrik teleqramı göndərib. Rusiya prezidenti hesab edir ki, ölkələr arasında münasibətlər yüksək səviyyədədir.i
“Əminəm ki, birgə səylərlə biz Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlığı sistemli şəkildə gücləndirməyə davam edəcəyik. Bu, şübhəsiz ki, xalqlarımızın əsas maraqlarına cavab verir və Koreya yarımadasında və bütövlükdə Şimal-Şərqi Asiya regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə xidmət edir”, - deyə KXDR lideri bildirib.
Kaira Agayeva
Fins.az