2025-ci ildə Rusiya və Belarus İttifaq dövləti üçün yeni təhlükəsizlik konsepsiyası və iki ölkə üçün təhlükəsizlik zəmanətləri haqqında saziş qəbul edəcəklər, Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib. Fins.az xəbər verir ki, yaxın vaxtlarda zəmanət müqaviləsi layihəsi təqdim olunacaq.
“Bu konseptual sənədlərin yubiley ilində işıq üzü görəcəyi çox simvolikdir. Dekabrda biz İttifaq dövlətinin yaranmasının 25-ci ildönümünü qeyd edəcəyik”, - deyə cənab Volfoviç bildirib.
İddia olunur ki, Konsepsiya layihəsində “İttifaq dövlətinin qarşılıqlı faydalı və bərabərhüquqlu beynəlxalq əməkdaşlıq üzrə strateji məqsədlərinə nail olmaq üçün” ABŞ, dost olmayan NATO ölkələri və Avropa İttifaqının siyasətlərinə birgə mübarizə haqqında müddəa öz əksini tapıb. Eyni zamanda, Belarus Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, sənəd “blok statusuna baxmayaraq, ayrı-ayrı dövlətlərlə praqmatik qarşılıqlı əlaqə” imkanını özündə saxlayır. Konsepsiyada həmçinin “NATO-nun MDB-də dağıdıcı fəaliyyəti” ilə bağlı müddəalar var.
Kaira Agayeva
Fins.az