Fins.az xəbər verir ki, Buheyra əyalətinin Xoş İsa şəhərində arxeoloji qazıntılar davam edir.
Qazıntılar zamanı Yeni Padşahlıq dövrünə (e.ə. XVI-XI əsrlər) aid hərbi kazarmaların və silah və ərzaq anbarlarının izləri aşkar edilib.
Arxeoloqlar kral II Ramzesin kartuşunun qravüraları ilə bəzədilmiş uzun tunc qılınc, eləcə də sakinlərin gündəlik fəaliyyətinə işıq salan bir qrup arxeoloji tapıntı əldə edib.
Bundan əlavə, alimlər qədim ov alətləri, zərgərlik və gigiyena vasitələri də kəşf ediblər.
Xatırladaq ki, II Ramses Qədim Misirin 19-cu sülaləsinin üçüncü hökmdarı olub. Eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edib. Onun hakimiyyəti dövründə Misirlə Xet krallığı (Kiçik Asiyada qədim dövlət) arasında bağlanmış sülh müqaviləsi dünya ticarətinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub.
Kaira Agayeva
Fins.az