DÜNYA

06 Sentyabr

Hollandiya çip ixracına məhdudiyyətləri artırıb

Hollandiya hökuməti sentyabrın 6-da çip istehsalı avadanlıqlarının ixracına məhdudiyyətləri genişləndirib.

Fins.az xəbər verir ki, bu barədə Hollandiya Xarici Ticarət və İnkişafa Yardım Naziri Reynette Klever məlumat verib.

Məhdudiyyətlər, qabaqcıl mikroçiplərin istehsalında istifadə olunan fotolitoqrafiya maşınlarını istehsal edən ASML Holding şirkətinin bəzi sistemlərinə şamil edilir. 

İndi TWINSCAN NXT:1970i və TWINSCAN NXT:1980i DUV daldırma litoqraflarının ixracı üçün lisenziya tələb olunur. Keçən il ASML tərəfindən istehsal olunan bəzi avadanlıqlara artıq məhdudiyyətlər tətbiq edilmişdi. 

Müşahidəçilərin fikrincə, bu məhdudiyyətlər xüsusilə Çinə ixracın qarşısını almaq məqsədi daşıyır. Nazirin sözlərinə görə, bu qərar "indiki geosiyasi şəraitdə" təhlükəsizlik mülahizələri ilə əlaqədardır. 

Eyni gündə ABŞ da çip istehsalı üçün avadanlıq və komponentlərin ixracına məhdudiyyətləri genişləndirib.

Kaira Agayeva 

Fins.az