DÜNYA

06 Sentyabr

Yaponiya Belarusiyaya etiraz edib

Fins.az xəbər verir ki, Yaponiya hökuməti, məxfi fəaliyyətdə ittiham olunan Yaponiya vətəndaşı Masatoşi Nakanişinin saxlanılması barədə Belarusiyada yayımlanan televiziya verilişi ilə bağlı etiraz məktubu göndərib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib ki, proqramın məzmunu insan hüquqlarını poza bilər.

Eyni zamanda, rəsmi Tokio verilişin ləğvini tələb edib.

Sentyabrın 6-da Belarus-1 telekanalı Nakanişinin saxlanılması haqqında məlumat yayıb. Belarusiya DTK-nın İstintaq İdarəsi onun məxfi fəaliyyət və hərbi məlumatların toplanması ilə bağlı ittiham olunduğunu açıqlayıb.

Kaira Agayeva

Fins.az