DÜNYA

06 Sentyabr

Tesla gələn il Çin və Avropada FSD sistemini təqdim edəcək

Amerikanın “Tesla” şirkəti gələn il “Full-Self Driving” (FSD, “avtopilot”) sürücüyə yardım sistemini Çin və Avropa bazarlarına çıxarmağı planlaşdırır. 

Fins.az xəbər verir ki, iyulda şirkətin rəhbəri İlon Mask, bu ilin sonuna qədər Avropa, Çin və digər ölkələrdə sürücü tərəfindən nəzarət (“Supervised”) ilə FSD-nin təsdiqlənməsini gözlədiklərini bildirmişdi. 

Hazırda sistem ABŞ və Kanadada mövcuddur. Maskın sözlərinə görə, “Tesla” digər avtomobil istehsalçıları ilə lisenziyalaşdırma məsələlərini müzakirə edir. 

Adına baxmayaraq, FSD avtomobilləri avtonom deyil və daim sürücü nəzarətini tələb edir. Bu sistem, ABŞ-da elektrikli avtomobil sahibləri arasında sınaqdan keçirilən “qabaqcıl” “Tesla” avtopilotudur.
 

Kaira Agayeva 

Fins.az