DÜNYA

06 Sentyabr

Tramp: ABŞ sanksiyaları dolları dünya valyutası kimi zəiflədir

Prezidentliyə namizəd Donald Tramp bildirib ki, ABŞ-ın Rusiya da daxil olmaqla digər ölkələrə qarşı sanksiyalar tətbiq etməsi dolların dünya valyutası statusunu zəiflədir. O qeyd edib ki, dolların dünya valyutası olmaqdan çıxması “uduzmuş müharibəyə” bərabər olacaq.

Fins.az xarici mətbuata istunadən xəbər verir.

“Mən də sanksiyalar tətbiq etdim, amma tez qaldırdım, çünki onlar dolları və onun təmsil etdiyi hər şeyi məhv edir. Bizə dolların dünya valyutası kimi qalması lazımdır,” - Tramp Nyu-York İqtisadi Klubunda çıxışı zamanı deyib.

Tramp ABŞ administrasiyasının sanksiyalardan sui-istifadə etdiyini düşünür və ölkələrin, o cümlədən Rusiyanın artıq dollara ehtiyac duymadığını vurğulayıb. O, həmçinin rəqəmsal dolların yaranmasının qarşısını alacağına söz verib.

Kaira Agayeva 

Fins.az