Böyük Britaniya hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya əlavə 650 ədəd çoxməqsədli “Martlet” raketi verəcək.
Fins.az xəbər verir ki, dəyəri 160 milyon funt-sterlinqdən (210 milyon dollar) çox olan yeni yardım paketi sentyabrın 6-da ABŞ-nin Almaniyadakı Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə Qərb Əlaqə Qrupunun iclasından əvvəl elan edilib.
İlin sonuna qədər “Martlet” raketlərinin əlavə partiyasının Londondan Kiyevə daşınacağı gözlənilir.
Kaira Agayeva
Fins.az