Avropa Parlamentində deputatlar bir ay sonra yenidən fəaliyyətə başlayacaq.
Parlamentin sədri Roberta Metsola üçün bu başlanğıcın çətin keçəcəyi gözlənilir.
Fins.az xəbər verir ki, onun həyat yoldaşı Ukko Metsolanın, "Royal Caribbean" kruiz şirkətinin Avropa lobbiçisi olması, bəzi avropalı deputatlar tərəfindən şəffaflıqla bağlı suallar doğurub. Onlar Metsolanın həyat yoldaşının Avropa Fondlarından ekoloji keçid layihələrinə maliyyə təmin etməyə çalışdığını iddia edirlər.
Roberta və Ukko Metsola isə maraq toqquşmasını inkar edərək, fəaliyyətləri arasında sərhəd qoyduqlarını bildiriblər.
Kaira Agayeva
Fins.az