Böyük Britaniya hökuməti Ukrayna üçün 650 yüngül çoxməqsədli raket (LMM) sifariş edib. Raketlər Fransanın Thales şirkəti tərəfindən istehsal olunacaq və müqavilənin dəyəri 162 milyon funt sterlinqdir.
Rəsmi elan sentyabrın 6-da, Almaniyadakı Ramşteyn aviabazasında keçiriləcək görüşdə Britaniyanın müdafiə naziri Con Healy tərəfindən veriləcək.
Fins.az xəbər verir ki, bu raketlər 6 km-dən çox mənzilə malikdir və müxtəlif təhlükələrə qarşı istifadə oluna bilər.
Britaniya artıq Ukraynaya yüzlərlə LMM tədarük edib.
Kaira Agayeva
Fins.az