Pekində "Çin-Afrika Birgə Fəaliyyəti: Qadınların Təhsillə Gücləndirilməsi" adlı konfrans baş tutub.
Fins.az xəbər verir ki,tədbirdə Çin-Afrika Əməkdaşlıq Forumuna qatılan liderlərin xanımları iştirak edib. Çin sədri Si Cinpinin həyat yoldaşı və YUNESKO-nun xüsusi nümayəndəsi Penq Liyuan çıxış edərək, qadınların təhsillə gücləndirilməsi sahəsində görülən işləri vurğulayıb. Seneqalın birinci xanımı Marieme Faye Sall da afrikalı qadınların təhsilinə verdiyi dəstəyə görə Penq Liyuana təşəkkür edib və Çinlə humanitar əməkdaşlığın gücləndirilməsinə sadiqliyini ifadə edib.
Kaira Agayeva
Fins.az