Litva, Rusiya ilə sərhəddə yerləşən Panyamuna şəhərində "əjdaha dişləri" adlı müdafiə istehkamları quraşdırıb.
Fins.az, Litva Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu addım daha effektiv müdafiə məqsədilə atılıb.
Kraliça Luiza körpüsünün qarşısında minalar və tank əleyhinə maneələr də yerləşdirilib. Körpü Rusiyanın mülkiyyətində olduğundan, Litva yalnız öz tərəfində maneələr quraşdırıb.
Bundan öncə, Litva Belarusla sərhəddə yeni hərbi baza tikintisinə başlamışdı.
Kaira Agayeva
Fins.az