"NATO-nun Ukraynaya gələcəkdə dəstəyini davam etdirəcəyinə zəmanət vermək çətin olsa da, bu, alyansın maraqlarına cavab verir", - deyə baş katib Yens Stoltenberq Oslodakı çıxışında bildirib.
Onun fikrincə, Ukrayna münaqişəsinin nəticəsi Qərbin Kiyevə yardımı davam etdirib-etdirməməsindən asılıdır.
Fins.az xəbər verir ki, NATO-nun müdafiə siyasəti üzrə köməkçisi Anqus Lapsley sentyabrın 1-də açıqlayıb ki, üzv ölkələr ordunun inkişafı üçün müdafiə xərclərini ÜDM-in 2%-dən çox artırmalı olacaqlar.
Kaira Agayeva
Fins.az