Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı verdiyi açıqlamalar Ağ Evin narazılığına səbəb olub.
Fins.az xəbər verir ki, sentyabrın 5-də Putin, Rusiyanın noyabrda keçiriləcək seçkilərdə Demokratlar Partiyasından namizəd Kamala Harrisi "dəstəkləyəcəyini" bildirib. O, əvvəllər Rusiyanın "favoriti" olan Co Baydenin prezidentlik yarışından "çıxarıldığını" qeyd edib.
Alman sahibkar Kim Dotkom, Putinin bu sözlərindən sonra onu şahmat üzrə qrossmeyster adlandırıb.
Kaira Agayeva
Fins.az