DÜNYA

05 Sentyabr

Los-Ancelesdə Hunter Baydenin yeni məhkəməsi başlayır

Bu gün, sentyabrın 5-də ABŞ-ın hazırkı prezidentinin oğlu Hunter Baydenə qarşı vergi fırıldaqçılığı ilə bağlı məhkəmə prosesi rəsmi olaraq münsiflər heyətinin seçilməsi ilə başlayır. Los-Ancelesdə keçirilən məhkəmə prosesinin hakimi Donald Trampın prezidentliyinin son ilində bu vəzifəyə təyin etdiyi Mark Skarzidir.

Fins.az xəbər verir ki, Cənab Bayden ötən ilin dekabrında ittiham olunub. Xüsusi prokuror David Weiss tərəfindən hazırlanan ittiham aktında 9 maddə var. Prokurorluğa görə, cənab Bayden 2014-2016-cı illər arasında ən azı 1,4 milyon dollar vergi ödəməyib. Vergi ödəmək əvəzinə, cənab Baydenin “eks-klublara üzvlük və böyüklərin əyləncəsinə 188.000 dollardan çox xərcləmə də daxil olmaqla, ekstravaqant həyat tərzinə” milyonlarla pul xərclədiyi iddia edilir.

Bu ilin iyununda cənab Bayden qeyri-qanuni silah saxlama ittihamı ilə təqsirli bilinib. Münsiflər heyətinin qərarına əsasən, o, Colt Cobra 38SPL revolverini alarkən narkotikdən istifadə etmədiyi barədə yalan danışıb. Bu halda onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.

Kaira Agayeva 

Fins.az