DÜNYA

05 Sentyabr

Danimarkada hər 10 avtomobildən biri elektriklə işləyir

Danimarkada elektrikli avtomobillərin ümumi minik avtomobil parkında xüsusi çəkisi ilk dəfə olaraq 10 faizi keçib. Avqust ayında ölkədə 7050 yeni elektrik avtomobili satılıb, bu da aylıq avtomobil satışlarının 55 faizini təşkil edir.

Fins.az xəbər verir ki, "Mobility" avtomobil idxalçılarının ticarət assosiasiyasının məlumatına görə, vergi güzəştləri və əlverişli qiymət diapazonları elektrikli avtomobillərin populyarlığını artırıb. Gediş ehtiyatı və şarj stansiyaları ilə bağlı narahatlıqların azalması gözlənilir.

Aİ-nin 2035-ci ildən sıfır karbon qazı emissiyalı avtomobillərin istehsalını tələb edən qərarı ilə elektrikli avtomobillərin satışı daha da artacaq.

Kaira Agayeva 

Fins.az