Tədqiqat göstərir ki, klassik musiqi müalicəyə davamlı depressiya xəstələrinin simptomlarını yaxşılaşdırır.
Fins.az xəbər verir ki, "Cell Reports" jurnalında dərc edilən araşdırmada, 23 iştirakçı üzərində beyin elektrodları vasitəsilə klassik musiqinin təsiri izlənilib. Musiqi dinləyərkən eşitmə qabığı ilə emosiyaları emal edən bölgələr arasında sinxronizasiya artıb və simptomların yaxşılaşdığı müşahidə edilib. Lakin musiqinin emosional tonunun (şən və ya kədərli) təsirinin olmadığı vurğulanıb. Araşdırma komandası musiqi terapiyasına əsaslanan rəqəmsal məhsullar yaratmağı planlaşdırır.
Kaira Agayeva
Fins.az