DÜNYA

05 Sentyabr

Zaxarova ABŞ-ın Rusiya mediasına qarşı sanksiyalarını tənqid edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın “Rossiya Seqodnya” media qrupuna sanksiyalar tətbiq etməsi qərarını tənqid edib. Onun sözlərinə görə, bu addım informasiyaya sərbəst çıxış hüququna ziddir və cavabsız qalmayacaq.

Fins.az xəbər verir ki, Zaxarova bunu ABŞ-ın "informasiya məkanını fikir ayrılığından təmizləmək" cəhdi kimi dəyərləndirib və rus jurnalistlərə qarşı bu addımların Amerika mediasına qarşı cavab tədbirləri ilə nəticələnəcəyini vurğulayıb.

Sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi “Russia Today” və onun rəhbərliyi daxil olmaqla bir neçə rus jurnalistini sanksiyalar siyahısına əlavə edib. ABŞ onları prezident seçkilərinə müdaxilədə ittiham edir.

Kaira Agayeva 

Fins.az