Filippinin Caqayan əyalətində sakinlər 1,5-1,6 metr ölçülü 2024 RW1 asteroidinin düşməsini videoya çəkiblər. Tələfat və dağıntı olmayıb.
Fins.az xəbər verir ki, astronomlar əvvəllər asteroidin Filippinə təhlükəsiz şəkildə düşəcəyini proqnozlaşdırmışdılar. Elmi ictimaiyyət onun kiçik ölçüsünə görə "meteoroid" adlandırılmasının daha doğru olduğunu qeyd edib.
Asteroidin sürəti 17,6 km/s (63 min km/saat) olub və atmosferə daxil olduqdan sonra tamamilə dağılıb.
Kaira Agayeva
Fins.az