DÜNYA

05 Sentyabr

Yaponiyanın dörd günlük iş həftəsi təşəbbüsü dəstək tapmayıb

Yaponiya hökuməti işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün insanları və şirkətləri dörd günlük iş həftəsinə keçməyə çağırır.

Fins.az xəbər verir ki, iş günlərinin sayının azaldılması soyuq qarşılanıb və təşəbbüsü çoxları dəstəkləməyib. Bununla belə, Yaponiyada şirkətlərin yalnız təxminən 8%-i işçilərinə həftədə üç və ya daha çox gün istirahət etməyə icazə verir, 7%-i isə işçilərinə bir gün istirahət verir.

Yapon şirkətlərinin işçiləri də dörd günlük iş qrafikinə keçmək istəmirlər. Xüsusilə, Yaponiyada elektronika istehsalçısı və onun şirkətlər qrupunda dörd günlük iş qrafiki hüququ olan 63 min Panasonic Holdings əməkdaşından yalnız 150 nəfəri bu iş formatını seçib.

Kaira Agayeva 

Fins.az