Fins.az xəbər verir ki, Türkiyənin BRİKS-ə qoşulmaq istəyi ilə bağlı rəsmi təsdiq hələlik gəlməyib, lakin Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik prezident Ərdoğanın bu mövzuda marağını dəfələrlə ifadə etdiyini bildirib.
Türkiyənin müraciətinə oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitdə baxılması gözlənilir.
Xatırladaq ki, BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir, 2024-cü ilin yanvarından isə Misir, İran, Efiopiya, BƏƏ və Səudiyyə Ərəbistanı da qoşulacaq. 30-dan çox ölkə də BRİKS-ə üzv olmaq istəyir.
Kaira Agayeva
Fins.az