İtaliya sahillərində miqrant qayığı batıb: 21 nəfər itkin düşüb
Fins.az xəbər verir ki, “Il Messaggero” qəzetinin məlumatına görə, Lampedusa adası yaxınlığında qayığın batması nəticəsində 21 miqrant itkin düşüb. 7 suriyalı xilas edilib. Qayıqda 28 nəfər, o cümlədən 3 uşaq olub. Qayıq Liviyadan yola çıxaraq bir sutka sonra batıb. Xilas edilənlər müvəqqəti qəbul mərkəzinə yerləşdirilib.
İtaliya hökuməti çoxlu sayda qurbanların olduğu bir sıra iri gəmi qəzalarından sonra insanların qeyri-qanuni daşınmasına qarşı mübarizə tədbirləri görməyə başlayıb. O cümlədən, rəsmi Roma miqrantların təxminən yarısının gəldiyi Tunislə müvafiq müqavilələr bağlayıb.
Kaira Agayeva
Fins.az