Kaliforniya qubernatoru Gevin Nyusom Ranço Palos Verdes şəhərində sürüşmələrə görə fövqəladə vəziyyət elan edib.
Fins.az xəbər verir ki, sürüşmələr yaşayış məntəqələrinə və elektrik xətlərinə təhlükə yaratdığı üçün 100-dən çox evin sakinləri təxliyə olunub. "Southern California Edison" şirkəti 140 evdə elektrik enerjisini kəsib və daha 105 ev üçün planlaşdırır.
Sürüşmələr 2023-cü ilin yazında güclü yağışlardan sonra sürətlənib.
Kaira Agayeva
Fins.az