Romada şiddətli fırtına nəticəsində Kolizeyin yanında yerləşən Konstantin tağı zədələnib. Kolizey Arxeoloji Parkı qədim tağın ildırım vurduğunu təsdiqləyib, nəticədə tağın daş bloklarından biri zədələnib.
Fins.az xəbər verir ki, sentyabrın 3-də Roma güclü yağış və fırtına ilə üzləşib. İtaliyanın Adnkronos agentliyinin məlumatına görə, bir neçə saat ərzində bir aylıq yağıntı düşüb, küləyin sürəti 90 km/saata çatıb.
İldırım vurması nəticəsində Konstantin tağının böyük bir daş bloku uçaraq yerə düşüb. Hazırda zərərin qiymətləndirilməsi aparılır. Tağ üzərində işə başlamış memarlar indi dəymiş ziyanı aradan qaldırmağa çalışırlar.
Kaira Agayeva
Fins.az