Özbəkistan və Qazaxıstan məlumatların öyrənilməsi və təhlili üçün süni peyklərin birgə buraxılmasını planlaşdırır.
Fins.az xəbər verir ki, 2-3 sentyabr 2024-cü il tarixlərində Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Astana'da, ESCAP tərəfindən təşkil olunan “Asiya-Sakit Okean Regionunda Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə Nazirlər Konfransı”nda iştirak edib.
Nazir Şerzod Şermatov və Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev, rəqəmsal bacarıqların inkişafı və regional əməkdaşlığın gücləndirilməsi mövzusunda fikir mübadiləsi aparıblar. Həmçinin, rəqəmsal innovasiyaların sürətləndirilməsi üçün birgə planların hazırlanması müzakirə olunub.
Bu ilin sonuna qədər təkliflər hazırlanaraq iki ölkə arasında süni peyklərin birgə orbitə çıxarılması imkanları da nəzərdən keçiriləcək.
Kaira Agayeva
Fins.az