Fins.az xəbər verir ki, Amerika Xalqları üçün Bolivar Alyansı (ALBA) ölkələri ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini həbs etməsini pisləyib və bunu Cənubi Amerika ölkəsinin xalqına qarşı növbəti təcavüz aktı adlandırıb.
Onlar bu addımı Venesuela xalqına qarşı növbəti təcavüz aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər.
Təyyarə Dominikan Respublikasında ələ keçirilib və Floridaya aparılıb.
ALBA ölkələri ABŞ-ı piratçılıqda və beynəlxalq hüququ pozmaqda ittiham ediblər. “Alyans təəssüflənir ki, ABŞ prezidentinə məxsus təyyarənin qaçırılması qardaş Dominikan Respublikasının ərazisində, onun suverenliyi və müdaxilə etməmək prinsipini pozaraq baş verib”, - bəyanatda deyilir.
Kaira Agayeva
Fins.az