DÜNYA

04 Sentyabr

ABŞ Husilərin raket buraxılış qurğusunu məhv edib

ABŞ hərbçiləri 24 saat ərzində Yəməndə husi üsyançılarına məxsus raket buraxılış qurğusunu məhv edib.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bəyanatda deyilir ki, CENTCOM qüvvələri İranın dəstəklədiyi husilərin nəzarətində olan bölgədə raket buraxılış qurğusunu uğurla məhv edib.

Ənsar Allah hərəkatı İsrailə hücum edəcəyini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndeb boğazından keçməsinə icazə verməyəcəyini bildirir. ABŞ isə Qırmızı dənizdə gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıb və əməliyyata başlayıb.

Kaira Agayeva 

Fins.az