DÜNYA

04 Sentyabr

ABŞ İsrailə silah tədarükünü davam etdirəcəyini açıqlayıb

Vaşinqton İsrailin Amerika silahlarından istifadə etməklə beynəlxalq hüququ pozmadığını düşünür və buna görə də silah tədarükünü davam etdirəcək.

Fins.az xəbər verir ki, ABŞ administrasiyası Böyük Britaniyanın silah ixracını məhdudlaşdırmaq qərarına baxmayaraq, İsrailin bu hüququ pozmadığı qənaətinə gəlib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi, İsrailin müdafiə qabiliyyətini qorumağa davam edəcəklərini bildirib. Britaniya, İsrailin humanitar qanunlara daha məsuliyyətli yanaşması halında, məhdudiyyətləri ləğv etməyə hazır olduğunu açıqlayıb.

Kaira Agayeva 

Fins.az