Gürcüstanın cənubundakı Borjomi meşəsində yanğın baş verib.
Fins.az xəbər verir ki, yanğın çətin əlçatan yerdə yerləşdiyi üçün vəziyyət mürəkkəbləşib.
Yanğın, Borjomi şəhərindən 18 km aralıda, Axaldaba kurort kəndi yaxınlığında baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, yanğınsöndürənlər və xilasedicilər artıq yanğını söndürməyə başlayıblar.
Yanğının çətin əldə edilən yerdə olması, onu söndürmək üçün canlı qüvvədən istifadəni məcburi edir. Təbii fəlakətin episentrinə Tbilisidən əlavə qruplar göndərilir. Yerli sakinlər üçün təhlükə yoxdur.
Kaira Agayeva
Fins.az