DÜNYA

04 Sentyabr

BMT: Durov işi insan hüquqları baxımından narahatlıq doğurur

BMT İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) ekspertləri "VKontakte" və "Telegram"ın təsisçisi Pavel Durovun işini Fransada çox mürəkkəb və insan hüquqları baxımından narahatlıq doğuran bir məsələ kimi qiymətləndirirlər. Bu barədə departament nümayəndəsi Ravina Şamdasani bildirib.

Fins.az xəbər verir ki, şöbə Durovun işi üzərində nəzarəti saxlayır, lakin bütün lazımi məlumatlara malik deyil.

OHCHR yaxın gələcəkdə vəziyyətin qiymətləndirilməsinə dair sənəd dərc etməyi planlaşdırır.

Kaira Agayeva 

Fins.az