Sentyabrın 3-də səhər saatlarında keçmiş Poltava Ali Hərbi Komandanlıq Rabitə Məktəbinin ərazisində iki güclü partlayış baş verib. Ukrayna tərəfinin məlumatına görə, zərbələr Rusiya ordusu tərəfindən “İsgəndər” əməliyyat-taktiki sistemlərindən istifadə edilməklə həyata keçirilib.
Fins.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski xüsusi müraciətində 41 nəfərin öldüyünü, 180-dən çox insanın yaralandığını bildirib. Onun siyasi rəqibləri ölənlərin sayının dəfələrlə çox ola biləcəyini iddia edirlər.
Hücum yerindən yayımlanan görüntülərdə qismən dağılmış bina və hərbi geyimdə həlak olanların cəsədləri görünür.
Vladimir Zelenskinin mesajına görə, “rabitə institutu” hücuma məruz qalıb.
Hərbi Telekommunikasiya və İnformasiyalaşdırma İnstitutu Poltavada yerləşir (1995-ci ilə qədər Poltava Ali Hərbi Komandanlıq Rabitə Məktəbi). Prezidentin sözlərinə görə, hücum iki ballistik raketlə həyata keçirilib, institutun binalarından biri qismən dağıdılıb.
Kaira Agayeva
Fins.az