DÜNYA

03 Sentyabr

Avstraliyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Avstraliyanın Tehrandakı səfirliyi adından sosial şəbəkədə anti-İran və anti-islam xarakterli şərhlər paylaşdığı üçün səfir Lindall Saks İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Fins.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, səfirlik sosial şəbəkədəki şərhlərində İran mədəniyyətini, adət-ənənələrini və İslam dinini təhqir edib.

Məlumata görə, İran Xarici İşlər Nazirliyində Avstraliya səfirliyinin qəbul edilmiş normalara zidd məzmunlu paylaşımları kəskin şəkildə pislənilib.

Diplomata bildirilib ki, səfirlik tərəfindən dərc edilən materiallar təhqiredicidir, İran və İslam adət-ənənələrinə və mədəniyyətinə ziddir. Nazirlikdə səfirə bəyan edilib ki, beynəlxalq hüquqa və Vyana Diplomatik Konvensiyasına zidd olduğu üçün anti-İran və anit-İslam hərəkətlər heç vaxt təkrarlanmamalıdır.

Lindall Saks rəhbərlik etdiyi diplomatik nümayəndəliyin heç bir şəkildə İran cəmiyyətini və onun sahib olduğu dəyərləri təhqir etmək niyyətində olmadığını vurğulayaraq şərhlərin məzmununda İranın qeyd edilmədiyini söyləyib. O, İran İslam Respublikası hökumətinin narahatlığını və mövqeyini rəsmi Kanberraya çatdıracağını bildirib.

Kaira Agayeva 

Fins.az