Sorğu avqustun 19-dan 25-dək aparılıb və Moldovanın müxtəlif şəhərlərindən 1004 nəfəri əhatə edib. Tədqiqatın səhvi 3% -dir.
Fins.az xəbər verir ki, ölkə sakinlərinə “Şəxsən siz ölkənin Rumıniyaya birləşdirilməsinin tərəfdarısınız, yoxsa əleyhinəsiniz?” sualı verilib. Respondentlərin 58,9%-i bunun əleyhinə olub ki, bu da iyuldakı sorğudan 5% çoxdur. Moldovalıların 28,8%-i birləşməyə razıdır. Digər 12,3% isə cavab verməkdə çətinlik çəkib.
Kaira Agayeva
Fins.az