DÜNYA

03 Sentyabr

ABŞ və Türkiyə NATO-nu birlikdə gücləndirib

"ABŞ və Türkiyə NATO daxilindəki əməkdaşlığı birlikdə gücləndirib."

Fins.az xəbər verir ki, bunu Ankaradakı fəaliyyət müddəti başa çatan ABŞ səfiri Ceff Fleyk videomüraciətində deyib.

O bildirib ki, ötən illər ərzində ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə daha da gücləndirilib: “F-16-ların Türkiyəyə satışı, Finlandiya və İsveçin NATO-ya üzvlüyü kimi strateji əhəmiyyətli məsələlərdə ciddi irəliləyiş əldə olunub. Həmçinin, Ukraynaya verdiyimiz birgə dəstək də son dərəcə əhəmiyyətlidir”.

Diplomat Rusiya, Ukrayna, BMT və Türkiyə arasında əldə olunan “Taxıl sazişi”nə görə rəsmi Ankaraya minnətdarlıq edib.

Kaira Agayeva 

Fins.az