Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ-dan Rusiya ərazisinin dərinliklərindəki hədəflərə uzaqmənzilli silahlarla zərbələr endirmək üçün razılıq almağa çalışacaq. Zelenski bu həftə Nyu-Yorkda ABŞ prezidenti Co Baydenə müraciət edəcək. Əgər Bayden bu tələbi təsdiq etməzsə, Zelenski məsələnin növbəti administrasiyaya təqdim olunmasını planlaşdırır.
Fins.az-ın məlumatına görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba avqustun 29-da bildirib ki, Kiyev Qərb ölkələrindən Rusiya ərazisinə dərin zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək üçün razılıq gözləyir. O, Ukraynanın yalnız qanuni hərbi obyektlərə, xüsusən də Rusiyanın hərbi aerodromlarına zərbələr endirməyi planlaşdırdığını əlavə edib.
Bundan əvvəl Litva Ukraynanın Rusiyanı uzaqmənzilli raketlərlə vurmasına icazə verməyə çağırıb.
Kaira Agayeva
Fins.az