DÜNYA

03 Sentyabr

Bəhreyn rəsmi olaraq Putini ölkəyə səfərə dəvət edib

Bəhreynin Moskvadakı səfiri Əhməd Əl-Saati bildirib ki, ölkəsinin hakimiyyət orqanları Rusiya prezidenti Vladimir Putini Bəhreynə səfərə dəvət edib.

"Hökumətimiz Rusiya Federasiyasının cənab Prezidenti Vladimir Putinə dəvət göndərib və biz onun cavabını və ölkəmizə səfərini gözləyirik", - deyə səfir bildirib.

Fins.az xəbər verir ki, o , Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin Rusiyaya səfəri zamanı iki ölkə başçılarının səmərəli danışıqlar apardığını vurğulayıb.

Bundan əvvəl Bəhreyn səfirliyi kralın Putini özünün dostu hesab etdiyini bildirmişdi.

Kaira Agayeva 

Fins.az