Fins.az xəbər verir ki, 2024-cü ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb.
TÜİK-in məlumatına görə, bu ilin aprel-iyun aylarında ölkənin ÜDM-i 2023-cü ilin eyni dövrü ilə müqayisədə 78,6 faiz artaraq cari qiymətlərlə 9 trilyon 949 milyard 792 milyon türk lirəsinə (308 milyard 158 milyon dollar) çatıb.
Beləliklə, Türkiyə iqtisadiyyatı Covid-19 pandemiyası ilə mübarizə tədbirlərinin tətbiq olunduğu 2020-ci ilin ikinci rübündən bəri ardıcıl 16 rüb artıb.
Kaira Agayeva
Fins.az